Polislərimizdən nümunəvi davranış -
Ölkə
29 İyul 2017 0:42

Polislərimizdən nümunəvi davranış -


Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları - polis serjantları Əfsər Baxşəliyevin və Bəxtiyar Əliyevin xidməti vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirmələri, eləcə də şəxsi fədakarlıqları nəticəsində iki nəfərin həyatı xilas edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, iyulun 28-də səhər saatlarında Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın baş verib. 

Hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar. Polislər həyatlarını təhlükə altına ataraq huşunu itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər. 

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili intensiv terapiya şöbəsinə yerləşdirilib. 

Yanğın hadisələri və digər fövqəladə hallar zamanı həyatlarını təhlükəyə ataraq insanları xilas edərkən xəsarət alan polis əməkdaşlarının adına tez-tez rast gəlirik. Bu isə bir daha onu deməyə əsas verir ki, sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisi adına və andına hər zaman sadiqdir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08