Rusiyadan Rumıniyaya SƏRT ETİRAZ
Dünya
29 İyul 2017 1:13

Rusiyadan Rumıniyaya SƏRT ETİRAZ


Rusiya baş nazirinin müavini Dmitri Roqozinin göyərtəsində olduğu təyyarənin Rumıniyanın hava məkanından keçməsinə icazə verilmədiyinə görə rəsmi Moskva Buxarestin ölkədəki müvəqqəti işlər müvəkkilinə qətiyyətli etirazını bildirib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin saytında dərc edilən məlumatda bildirilir.

Moskva qeyd edib ki, Rumıniya öz əməli ilə Moskva-Kişinyov reysi ilə uçan 160 sərnişininin həyatını təhlükə altına atıb.

XİN bu insidenti ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə qəsdən törədilmiş təxribat adlandırıb.

Moskva Rumıniya hökumətini insidenti hərtərəfli araşdırmağa və hadisə ilə bağlı izahat verməyə çağırıb.

Qeyd edək ki, Rumıniya və Macarıstan Dmitri Roqozinin olduğu təyyarənin hava məkanlarından keçməsinə icazə verməyiblər. Buxarest addımını D.Roqozinin sanksiya siyahılarında olması ilə əlaqələndirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13