Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya səbəb olub, 1 nəfər xəsarət alıb
Ölkə
29 İyul 2017 7:06

Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya səbəb olub, 1 nəfər xəsarət alıb


Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb.
Qəza "Toyota" markalı avtomobil ilə Azadlıq prospektində hərəkətdə olan Məcid Bağırovun işıqforun qırmızı işığına məhəl qoymaması nəticəsində baş verib. Nəticədə Vaqif prospekti ilə hərəkətdə olan Fərhad Baxşıyevin idarə etdiyi "Kia" Əli Cavadovun idarəetməsində olan "London Taksi"sinə çırpılıb. Baş verən qəza zamanı "Kia" markalı avtomobildə olan qadın sərnişin üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü M.Bağırovun izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13