Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı
Digər
29 İyul 2017 7:37

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başladı


Bu gündən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayıb. APA-nın xəbərinə görə, ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.

 

Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq. 

 

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır. 

 

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

 

Bu il müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

 

Belə ki, aşağıda qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti

Qərb Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərb Universiteti

 II ixtisas qrupu üzrə: 

Marketinq

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərb Universiteti

Xəzər Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Naxçıvan Universiteti

 III ixtisas qrupu üzrə: 

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13