Bakıda yük maşını 9 avtomobilə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Ölkə
29 İyul 2017 7:54

Bakıda yük maşını 9 avtomobilə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB


Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza nəticəsində "99-GB-821" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və "99-GV-549" dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Qəza yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib.
Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib.

28.07.2017

23:49

Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib
Milli.Az "Report"a istinadən bildirir ki, Ziya Bünyadov prospektində yerləşən tuneldə "Shacman" markalı "99-EJ-717" dövlət qeydiyyat nişanlı yük maşını 1 yük ("Shacman") və 7 minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hundai" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.

Milli.Az











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13