Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib, 1 nəfər xəsarət alıb - FOTO
Ölkə
29 İyul 2017 8:04

Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib, 1 nəfər xəsarət alıb - FOTO


Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb.
Qəza "Toyota" markalı avtomobil ilə Azadlıq prospektində hərəkətdə olan Məcid Bağırovun işıqforun qırmızı işığına məhəl qoymaması nəticəsində baş verib. Nəticədə "Toyota" Vaqif prospekti ilə hərəkətdə olan Fərhad Baxşıyevin idarə etdiyi "Kia" və Əli Cavadovun idarəetməsində olan "London Taksi"sinə çırpılıb. Baş verən qəza zamanı "Kia" markalı avtomobildə olan qadın sərnişin üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü M.Bağırovun izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08