"Apple"ın cəriməsi iki dəfədən çox artırıldı
Texnologiya
29 İyul 2017 8:14

"Apple"ın cəriməsi iki dəfədən çox artırıldı


Viskonsin Universitetinin patent hüquqlarını pozduğu üçün cəzalandırılan "Apple" şirkətinin ödəyəcəyi cərimənin miqdarı artırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, A7, A8 və A8X çipləri hazırlanarkən yol verilən pozuntulara görə "Apple" 506 milyon dollar cərimə ödəyəcək.
 
Araşdırma zamanı məlum olub ki, patentləşdirilmiş texnologiya "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus" və "iPad"in bəzi modellərinin əsasında çalışdığı prosessorlarda qanunsuz olaraq tətbiq olunub. Bundan sonra Viskonsin Universiteti "Apple"dən 862 milyon dollar kompensasiya tələb edib. Münsiflər məhkəməsi şirkəti 234 milyon dollar cərimə kəssə də, universitet bununla razılaşmayıb və apellyasiya şikayəti verib. Şikayətə baxan dairə məhkəməsi cəriməni 272 milyon dollar artırıb və 506 milyon dollara çatdırıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22