Hakerlər üçün reabilitasiya düşərgəsi yaradıldı
Maraqlı
29 İyul 2017 8:24

Hakerlər üçün reabilitasiya düşərgəsi yaradıldı


Böyük Britaniyada ilk dəfə olaraq test rejimində kiberreabilitasiya düşərgəsi istifadəyə verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, düşərgədə yeniyetmə hakerləri güc və istedadlarını daha pozitiv sahəyə yönəltməyə təşviq edəcəklər.
 
İlk belə düşərgə Bristolda yaradılıb. İki gün ərzində kibertəhlükəsizlik və karyera sahəsində çalışan mütəxəssislər yeniyetmələrə mühazirə oxuyublar. Bundan başqa, gənc hakerlərə kibercinayətkarlığın yaratdığı məsuliyyət barədə bilgi verilib.
 
Pilot proqramının 7 iştirakçısı əvvəllər saytlara kiberhücumlarda təqsirləndirilib. Onların heç biri yetkinlik yaşına çatmayıb.
 
Uğur qazanacağı təqdirdə, bu cür düşərgələr bütün ölkə ərazisində açılacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08