“Google” axtarış nəticələrini dərhal göstərməkdən imtina etdi
Maraqlı
29 İyul 2017 8:44

“Google” axtarış nəticələrini dərhal göstərməkdən imtina etdi


"Google" şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən "İnstant" texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə "Google" nümayəndəsi "Search Engine Land" nəşrinə açıqlamasında deyib.
 
Texnologiya 2010-cu istifadəyə verilib. "Google" o zaman bunu axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, "İnstant" ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. "O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz "İnstant"ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik", - deyə "Google" təmsilçisi söyləyib.  
 
Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22