Bakıda köhnə mənzillər ucuzlaşıb
Ölkə
29 İyul 2017 9:34

Bakıda köhnə mənzillər ucuzlaşıb


"Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2017-cu ilin iyununda 0,59 faiz azalıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə MBA Group konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, bir ay ərzində torpaq, kirayə mənzil və kommersiya obyektləri bazarında qiymətlər artıb, təkrar və ilkin mənzillərin qiyməti, kommersiya obyektlərinin icarəsi azalıb: "İyunda köhnə mənzillərin kvadrat metrinin dəyəri 1 737 manatdan 1 614 manata qədər (7,24 faiz), ilkin mənzillərin kvadrat metri 1452-dan 1 432 manata (1,41 faiz), kommersiya obyektlərinin icarə qiyməti - bir kvadrat metr üçün 13,77 manatdan 13,57 manatadək azalıb. Eyni zamanda torpaq sagələrinin 100 kv. m. dəyəri 20 118 manat təşkil edib ki, bu da may ayının göstəricisindən 0,7 faiz çoxdur (20 105 manat). Kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 4,89 faiz artıb (2 926 manatdan 3 069 manata), mənzillərin icarə qiyməti isə bir kvadrat metr üçün 8,83 manatdan 8,92 manata, yəni 0,96 faiz artıb".

Onun sözlərinə görə, ilin əvvəlindən bazarda ümumilikdə 0,56 faiz artım müşahidə olunur, halbuki bazarının ayrı-ayrı seqmentlərində göstəricilər azalma nümayiş etdirir: "Belə ki, ilkin və təkrar bazarda evlərin qiyməti müvafiq olaraq 5,12 və 9,45 faiz, torpağın qiyməti 4,52 faiz, kommersiya obyektlərinin qiyməti 19,91 faiz, mənzil və kommersiya obyektlərinin icarə qiyməti isə müvafiq olaraq 14,76 və 19,91 faiz azalıb".

Nüsrət İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında qiymətlər il ərzində 23,27 faiz, təkrar mənzil 1,91 faiz, torpaq bazarında - 8,83 faiz artıb: "Ötən ilin iyun ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 17,4 faiz azalıb, mənzil və kommersiya obyektlərinin icarəsi isə müvafiq olaraq 8,58 və 4,67 faiz ucuzlaşıb".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13