Depressiyaya düşməmək üçün bundan yeyin
Sağlamlıq
29 İyul 2017 10:12

Depressiyaya düşməmək üçün bundan yeyin


Bəzi qidaların insanda ruh yüksəkliyi yaratdığı sübut olunub.

Metbuat.az depressiyanın qarşısını alacaq qidaları təqdim edir.

Badam

Tərkibi maqneziumla zəngindir. O bədən üçün önəmlidir, çünki maqnezium əksikliyi depressiyaya və digər psixoloji problemlərə səbəb olur. Gündə 23 ədəd badam yeyərək ruh halınızdakı dəyişiklikləri görə bilərsiniz.

Şokolad

Təbii antidepresantdır. Eyni zamanda bədəndəki serotonin səviyyəsini artırır. Şokolad stress hormonlarının istehsalını yavaşladır və narahatlığın qarşısını alır. Depressiyanı müalicə etmək üçün hər gün bir parça şokolad yeyin.

Quşqonmaz

Depressiyaya səbəb olan aşağı folik səviyyəsini yüksəldir. Mənfi hisslərdən və düşüncələrdən xilas olmaq üçün evdə hazırladığınız yeməklərə quşqonmaz əlavə edin.

Somon balığı

Omeqa-3 yağ turşuları ilə zəngin olan soyuq su balıqlarından somon, depressiya ilə mübarizəyə yardımçı olur. Ümumilikdə, depressiyada olan insanların iltihabı azaldaraq normal beyin funksiyalarını dəstəkləyən Omeqa-3 yağ turşusu aşağıdır. Somonla yanaşı ton balığı, sardalya və s. kimi soyuq su balıqları da Omeqa-3 yağ turşusu ilə zəngindir.

Yumurta

Yumurta protein və digər qida maddələri ilə zəngindir. Bu da depressiya ilə mübarizədə çox təsirli qidadır. Yumurtaları qaynadılmış, omlet halında yeyə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Kələm yarpağını sinənizə qoyun - Faydasını görəcəksiniz - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13