15 yaşlı qız dəmiryolu stansiyasında zorlandı: kömək istədiyi sürücü də təcavüz etdi - KURYOZ
Dünya
29 İyul 2017 10:44

15 yaşlı qız dəmiryolu stansiyasında zorlandı: kömək istədiyi sürücü də təcavüz etdi - KURYOZ


İngiltərədə, Briminghem şəhərində 15 yaşlı qıza qarşı iyrənc olay eşidənləri dəhşətə gətirib.

15 yaşlı Vitton qatar stansiyasına gəldiyi zaman bir nəfər onu zorla qaçırıb, heç kimin olmadığı bir yerə apardıqdan sonra zorlayıb.

Təcavüzdən sonra qatar stansiyasından qaçaraq uzaqlaşan qız yolda kömək üçün bir avtomobili saxlatdırmaq məcburiyyətində qalıb. Sürücü qızı avtomobilinə mindirdikdən sonra onu zorlayıb.

Vitton eyni gündə iki fərqli adamın təcavüzünə məruz qaldıqdan sonra polislər hər iki təcavüzkarın tutulması üçün axtarışa başlayıb. Şahidlərin ifadələrini alan polis hər iki şübhəlinin təxminən 20 yaşlı və asiyalı olduqlarını müəyyən edib.

Polis məmuru Tony Fitzpatrik qızın başına gələn hadisənin qorxunc bir şey olduğunu söyləyib və təcavüzkarların tutulması üçün xüsusi və təcrübəli təhlükəsizlik əməkdaşlarının axtarışa cəlb olunduğunu sözlərinə əlavə edib.

Məhəmməd Vaqif

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13