Lamiyə Ələkbərova:  "Hamınız qanun qarşısında cavab verəcəksiniz…"
Şou-Biznes
29 İyul 2017 10:54

Lamiyə Ələkbərova: "Hamınız qanun qarşısında cavab verəcəksiniz…"


Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova işdən azad olunması haqda deyilənlərə cavab verib.

Milli.Az bildirir ki, İnstagram hesabında paylaşım edən aparıcı haqqında çıxan şayiələrə son qoymaq qərarına gəlib:

"Hə! Diqqətiniz məndə olsun. İki gündür ki, sadəcə susub sizə baxıram, yazdıqlarınızı oxuyub özüm-özümə təəccüblənirəm. Görəsən, nə baş verir mətbuatda? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfuzdan salmaq istəyənlər, sizə sürprizim var.

Bu gözəl vətənimin ədalətli hüquq-mühafizə orqanları var, hamınız qanun qarşısında cavab verəcəksiniz. Şükürlər olsun ki, ölkəmizdə işini bilən jurnalistlərimiz də var.

Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm.

P.S. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin"

Kamil Abbas

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13