Nabranda güllələndiyi deyilən polis rəisi: "Bakıda, iş başındayam"
Ölkə
29 İyul 2017 11:04

Nabranda güllələndiyi deyilən polis rəisi: "Bakıda, iş başındayam"


Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.

Milli.Az xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. "Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir" - mətbuat xidməti bildirib.

Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.

Bu arada yaralandığı haqda şayiə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. "Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır" - polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22