Sabiq ANS-çi Serj Sarkisyanının arvadını təriflədi: "Ona görə də..."
Ölkə
29 İyul 2017 11:04

Sabiq ANS-çi Serj Sarkisyanının arvadını təriflədi: "Ona görə də..."


ANS TV-nin sabiq əməkdaşı, hazırda ABŞ-da yaşayan Aynur Talıbova Ermənistan prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyanla bağlı paylaşdığı status hələ də sosial şəbəkələrdə müzakirə olunur.

Milli.Az bildirir ki, böyük qıcıq yaratmış statusunda A.Talıbova yazıb:

"Ritanın bir müddət əvvəl Rusiya kanallarından birinə verdiyi müsahibədə dediyi bu sözlər qulağımda cingildədi xəbəri görüncə...

Müharibənin qızğın vaxtı Xankəndində zirzəmidə yaşamağa məhkum olduğu günlərdə Serjə bir dəfəsində deyir ki, bəlkə siz uşaqları, qadınları, yaşlıları yığıb burdan təhlükəsiz yerə yollayasınız... Savabında isə Serj ona "sizi yollasaq, kimi müdafiə edəcəyik" deyir...

Ona görə də 25 ildir Xankəndindən Şuşaya yürüyüş edirlər...

Doğrusu isə budur ki, Bakı və əyalət arasında uçurumlar var idi... İndi isə özü də ruhsuz daş yığınına çevirdilər onun şəninə mahnılar qoşaraq".

Xatırladaq ki, A.Talıbova müsahibələrindən birində demişdi: "Mən ictimai rəyə tüpürürəm! Ona görə ki, bu ictimai rəyin nədən ibarət olduğunu görürəm. Mən özgələrin şəxsi həyatına baş soxmuram, necə ki, bizdə çoxları bunu etməyi xoşlayır. Heç kimi mühakimə etmirəm. Onsuz da Bakıda hər kəs bir-birləri barədə hər şeyi bilir. Hər kəsin ağlı var, lakin istədiyi kimi yaşamağı az adam bacarır, bunu etməyi bacaranlar isə əsasən bacardıqları kimi yaşayırlar. Kimsə açıq şəkildə danışdıqda isə bu insanlarda səksəkə və qorxu hissləri doğurur.

Mənim haqqımda pis yazılar yazanların həyatında seks yoxdur, onlar heç zaman yataqda orqazm hiss etməmiş bədbəxt qadınlardır. Lakin bununla belə məni tənqid edən qadınların çoxları seksin ən iyrənc növlərindən həzz alır, özlərini "tikdirir", sonra qırmızı lentli ağ paltar geyinib nümayişkaranə şəkildə ərə gedirlər - belələrinə mən təlxək deyirəm. Lakin onlar həyatı necə yaşamağı öyrətməyə çalışır və mühakimə edirlər. Axı onlar kimdirlər?!"

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13