"Sumqayıt" Türkiyəni qələbə ilə tərk edir - VİDEO
İdman
29 İyul 2017 11:54

"Sumqayıt" Türkiyəni qələbə ilə tərk edir - VİDEO


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kimyaçılar" iyulun 28-də  Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Taavoun"la üz-üzə gəlib.

"Fənərbağça" klubunun təlim-məşq bazasında baş tutan oyunda "Sumqayıt" minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, 1956-cı ildə qurulmuş "Al-Taavoun" Burayda şəhərini təmsil edir. Komanda 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub. Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub. 

Yoxlama oyunu
Topuk Yaylası İdman Kompleksinin stadionu

"Al-Taawoun" - "Sumqayıt" 0:1
Qol: Cavid İmamverdiyev, 3.

"Sumqayıt" bu heyətlə çıxış edib: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 5. Vüqar Bəybalayev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.
Oyuna sonradan daxil olanlar: 6. Kamal Mirzəyev, 2. Rail Məlikov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bolu toplanışı:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22