İstirahət gününün HAVAsı
Ölkə
29 İyul 2017 12:04

İstirahət gününün HAVAsı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13