Türkiyə universitetlərinin Bakı tədbiri təxirə salındı - İLGİNC SƏBƏB
Ölkə
29 İyul 2017 12:04

Türkiyə universitetlərinin Bakı tədbiri təxirə salındı - İLGİNC SƏBƏB


"Akademi Group" Xaricdə Təhsil Mərkəzinin Bakıda planlaşdırdığı Türkiyə Universitetlərinə Sənəd Qəbulu və Tanıtım Günləri təxirə salınıb.

Milli.Az bildirir ki, bu haqda azxeber.com-a tədbirə görə Bakıya təşrif buyuran universitet nümayəndələrindən biri məlumat verib. Məlumata görə, sabahkı tədbirdə heç bir universitetin nümayəndəsi iştirak etməyəcək.

Tanıtım günləri 29-30 Iyul tarixlərində Hilton hotelində planlaşdırılırdı.

Tədbir Bakıdakı özəl universitetlərin rəhbərliyinin təzyiqi ilə təxirə salınıb. Səbəb isə qəbul imtahanlarından sonra kütləvi şəkildə abituriyentin Türkiyəyə üz tutmasıdır. Bu tədbir məhz ona hesablandığı üçün, məsələ böyüyüb. Bakıdakı özəl universitetlər tamamilə boş qalma təhlükəsi ilə üzləşib. Nəticədə tədbirin ləğv edilməsi qərarlaşdırılıb. Türkiyədən tədbirlə bağlı çoxlu sayda universitetin rəhbər şəxsləri iştirak etsələr də, onlar geri qayıtmaq məcburiyyətində qalıblar. 

Bu 2 gün ərzində məzunlar universitetlərin Bakıya dəvət olunmuş nümayəndələrinə sənədlərinizi birbaşa təqdim etməli idilər. 

Qeyd edək ki, bu il bir çox Türkiyə universiteti Dövlət İmtahan Mərkəzi (TQDK) imtahanlarından yüksək bal yığanlara 30-50-100% endirimlər təklif etməyi planlaşdırır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08