İstirahət gününün HAVA PROQNOZU
Digər
29 İyul 2017 12:05

İstirahət gününün HAVA PROQNOZU


Bazar günü Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə  23-27° isti, gündüz  31-36° isti olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Bakıda gecə  24-26° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-50 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı  yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu gecə  22-27° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,  dağlarda gecə 16-21° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13