Azərbaycanda məmur cərimə edildi
Ölkə
29 İyul 2017 12:24

Azərbaycanda məmur cərimə edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsi məhkəmə qərarını icra etmədiyi üçün cərimələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin müdiri Cavid Abdullayev rayon məhkəməsinin qərarını icra etməkdən yayınıb.

Buna görə də barəsində növbəti dəfə, iyulun 3-də Səbail rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu maddə ilə cəzalandırılan şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimələnir. 

Cavid Abdullayev isə bu məbləği ödəməkdən imtina edib və inzibati tənbeh tədbiri barədə qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədlriyi ilə avqustun 4-də davam etdiriləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08