Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək
İqtisadiyyat
29 İyul 2017 12:26

Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək


Bakı. 29 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabiabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: h.ruslan@agrolizing.gov.az
Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08