Replə dərs deyən müəllimdən daha bir maraqlı addım: Velosipedlə kitab paylayır - VİDEO - FOTO
Ölkə
29 İyul 2017 14:04

Replə dərs deyən müəllimdən daha bir maraqlı addım: Velosipedlə kitab paylayır - VİDEO - FOTO


Sosial şəbəkələrdə izlənmə rekordlarını qıran videoların müəllifi, tarix müəllimi Həbib Əlizadə velosipedlə kilometrlərlə yol qət edib, kəndləri gəzir və uşaqlara müxtəlif ədəbiyyatlar verir.

Milli.Az ARB TV xəbər verir ki, müəllim onlara maraqlı kitablar, test bank nümunələri və bədii əsərlərdən seçmələr paylayır.

26 yaşlı pedoqoq bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmək üçün etdiyini deyir. O, əsasən ona hədiyyə olunan kitabları paylayır.

Həbib Əlizadə - Tarix müəllimi: "Məktəb bitdiyi üçün çox paylaya bilmədik. Az bir hissəsini payladıq. Velosiped sürmək hobbim olduğu üçün düşündüm ki, bəlkə bunu velosipedlə gedə-gedə qarşıma çıxan uşaqlara paylaya bilərəm. Çox şükür alındı. Hal-hazırda davam edirik".

Müəllim kitabların bir hissəsini çalışdığı Lənkəranın ucqar kəndi Gəgiranda da paylayıb. O, hazırda velosipedlə doğulduğu Astara rayonun kənd məktəblərinə üz tutub. Həbib Əlizadə yay tətili boyunca bu işini davam etdirəcəyini deyir.

Həbib Əlizadə - Tarix müəllimi: "İndiyə qədər Astarada 6 kənd gəzmişəm. Gün ərzində çalışıram ki, 50-100 uşağa hədiyyə verim. Hədəfim var aşağı kəndləri bitirəndən sonra, ucqarlara da gedim. Ən azı 20 kəndə getmək hədəfim var".

Havalar isti olduğu üçün müəllim velo səyahətinə saat 17:00-dan sonra başlayır. Onun bu addımı yerli insanlar tərəfindən də maraqla qarşılanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Replə dərs deyən müəllimdən daha bir maraqlı addım: Velosipedlə kitab paylayır







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08