ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA
Dünya
29 İyul 2017 14:28

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA


ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizə üzrə özəl təmsilçisi Bret Makqark Türkiyəni terror təşkilatlarına dəstək verməkdə ittiham edib.

Publika.az xəbər verir ki, Makqark Suriya-Türkiyə sərhədində yerləşən İdlib bölgəsində məskunlaşan Əl Qaidə terror təşkilatının sərbəst fəaliyyət göstərməsində Türkiyənin payı olduğunu iddia edib:

“Amerikada baş verən 11 sentyabr hadisələrindən sonra İdlib bölgəsi Əl Qaidənin ən böyük sığınacağı halına gəldi. Bu çox ciddi problemdir. Biz burada Əl Qaidənin varlığına fokuslanmışıq. İdlibə gedən terrorçu liderlər çox zaman oradan çıxa bilmir. Bu sualı vermək vacibdir: Əl Qaidə lideri Ayman əl Zəvahirinin köməkçisi İdlibə necə və nə üçün girir? Bu niyə olur? Bu necə olur? Oraya necə çata bilir?

Onlar paraşütçü əsgər deyil. Bu mövzu ilə başa çıxmaq üçün Amerikanın Suriyanın bəzi bölgələrində nə etdiyindən danışmayacağam.

Bəzi ortaqlarımızın bölgəyə on minlərlə silah göndərməsi və xarici döyüşçülər bu bölgəyə girərkən üzlərini başqa tərəfə çevirib görməzdən gəlməsi düzgün yanaşma deyil. Çünki Əl Qaidə bu yanaşmadan çox yararlandı. Bu dəqiqə həmin məkan Türkiyənin sərhədinin bir addımlığındadır. Bu mövzunu, əlbəttə ki, Türkiyə ilə dərindən müzakirə edəcəyik. Çünki terrorla mübarizə çərçivəsində Əl Qaidə məsələsinin həlli çox mühümdür”.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13