Uruqvaylı müdafiəçi yenidən A Seriyasında
İdman
29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında


Uruqvay millisinin müdafiəçisi Martin Kaseres A Seriyasına qayıdıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Verona" ilə müqavilə imzalayıb.

Kaseres yanvarda və ya növbəti yay "Latsio"ya keçmək istəsə, buna maneə yaradılmayacaq. Klublar arasında bu barədə razılıq əldə olunub.

Uruqvaylı müdafiəçi daha öncə "Yuventus"un şərəfini qoruyub. 2016-cı ilin yayında Turin klubu tərk edən futbolçu yanvarda "Southempton"a keçmişdi. Amma "müqəddəslər"in heyətində Kaseres cəmi 1 oyuna çıxmışdı. Onu ötən il "Trabzonspor" transfer etməyə yaıxn olsa da, tibbi müayinə nəticələrininin qənaətbəxş olmamasına görə "bordo mavililər" fikrindən daşınmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08