Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər
İqtisadiyyat
29 İyul 2017 15:36

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər


Buxarest. 29 iyul. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestlə Bakı arasında birbaşa aviareys açıla bilər. 
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Rumıniya nəqliyyat nazirinin müavini Maria Magdalena Grigore deyib.
“Ölkələrimiz arasında birbaşa aviareysin açılması ilə bağlı Azərbaycan tərəfilə danışıqlara start verilibmi?” sualını cavablandıran nazir müavini bildirib ki, yaxın gələcəkdə bu məsələ müzakirəyə çıxarılacaq. 
“Buxarest-Bakı və əks istiqamətə birbaşa hava əlaqəsinin açılması imkanı bir variantdır, çox güman ki, yaxın gələcəkdə müzakirə olunacaq. Nəzərə alınmalıdır ki, iki ölkə arasında əlaqələr inkişaf edir və vətəndaşların davamlı olaraq qarşılıqlı axını mövcuddur. Lakin hələ ki, nə Azərbaycan, nə də ki, Rumıniya tərəfi bu aviareysin açılması ilə bağlı danışıqlara təşəbbüs göstərməyib” - deyə nazir müavini qeyd edib. 
Qeyd edək ki, hazırda Azərbaycan və Rumıniya vətəndaşları qarşılıqlı səfərlər zaman İstanbul, Moskva və Kiyev şəhərlərindən tranzit kimi istifadə etməklə hərəkət edirlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08