Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM
Sağlamlıq
29 İyul 2017 15:43

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM


İndoneziyada yaşayan 10 yaşlı Arya Perman dünyada ən kök uşaq hesab olunur. Onun çəkisi 192 kiloqram təşkil edir!

Publika.az bildirir ki, zavallı oğlan artıq çəki ucbatından məktəbə gedə bilmir və ümumiyyətlə, onun ölçüsünə görə özünə paltar tapması da asan deyil. Həmçinin, o, kənardan kömək olmadan hərəkət edə bilmir.

Вес самого толстого в мире 10-летнего мальчика составляет 192 кг.

Aryanın valideynləri danışırlar ki, onların oğlu 3.2 kiloqramlıq normal çəki ilə doğulub. Lakin 2 ildən sonra o, sürətlə kökəlməyə başlayıb. Əvvəlcə valideynləri xoşbəxt idilər ki, onların oğlu toppuşdur, deməli sağlamdır. Amma iştah və çəki nəzarətdən çıxandan sonra uşağı dərhal xəstəxanaya apardılar. Yerli həkimlər aciz qalaraq məsləhət gördülər ki, müayinə üçün daha bahalı klinikaya aparsınlar. Uşağın atası Ade Somantri ayda cəmi 135 dollar qazanır, bu pullar təbii ki, dolanışığa güclə çatır, deməli, bahalı müalicədən söhbət belə gedə bilməz.

Арья проводит в бассейне по несколько часов в день.

Arya gün ərzində 5 dəfə qidalanır. Onun rasionuna balıq, tərəvəz supu, mal əti, düyü, soya tabletləri və ümumiyyətlə daşdan yumşaq nə varsa, daxildir. Ananın sözlərinə görə, bu qədər yeməyi adətən ağır fiziki əməklə məşğul olan işçilər yeyir. Arya kənardan müdaxilə olmadan gəzə bilmir və oturaraq yatır.

Самый толстый мальчик в мире.

Övladlarının ağır xəstə olması ilə valideynlər artıq barışıblar. Əvvəlcə onlar ona guya böyük məhəbbət üzündən bol yemək verməkdən imtina edə bilmirdilər, indi isə ana göz yaşları ilə etiraf edir ki, oğlunu qəhvəyi düyü pəhrizinə salmaq məcburiyyətində qalıb.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08