DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət edib
Ölkə
29 İyul 2017 15:46

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət edib


Bakı. 29 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb.
“Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Abituriyentlər yeni yaradılmış “Çağrı” mərkəzinə (1653) zəng vurmaqla da onları maraqlandıran suallara cavab tapa bilərlər.
Bundan əlavə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici video-çarx hazırlanıb. İxtisas seçimi etməmişdən əvvəl həmin video materialı da izləməyi tövsiyə edirik.
Dövlət İmtahan Mərkəzi tərəfindən, həmçinin ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində “işçi qrup”lar yaradılıb. Qeyd edək ki, “işçi qrup”ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. “İşçi qrup”lar iyulun 31-dən avqustun 10-dək (saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanlarda fəaliyyət göstərəcəkdir:
DİM (Bakı ş., Nəsimi rayonu, A. Salamzadə 28, Bakı Asiya Universiteti)
DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b);
DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22