FİFA-nın sprey qalmaqalı
İdman
29 İyul 2017 17:04

FİFA-nın sprey qalmaqalı


FİFA yeni qalmaqalla üz-üzə qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna hakimlərin futbol meydanlarında istifadə etdiyi sprey səbəb olub. 

Belə ki, az sonra itməsi ilə fərqlənən bu spreyi icad edən braziliyalı Qeyne Allemanye FİFA-ya "müharibə" elan edib. Biznesmen kəşfinin futbolda istifadəsi üçün qurumdan 30 milyon avro tələb edir.

FİFA-nın onun tələblərinə məhəl qoymadığını görən braziliyalı Futbol Assosiasiyaları Beynəlxalq Şurasına (İFAB) da müraciət edib. O, spreylərdən istifadənin dayandırılması tələbi ilə çıxış edir. Cənubi amerikalı istəyinə çatmasa, məhkəmələrə qədər getməkdən də çəkinməyəcək.

Allemanye pulu deyil, ədaləti düşündüyünü açıqlayıb: "Mən bu sprey üçün patent almışam. FİFA isə buna məhəl qoymur. Bunu nə tanınmaq, nə də 30 milyon avro üçün edirəm. Sadəcə ədalət istəyirəm".

Qeyd edək ki, Allemanye "Spuny" adlanan spreyi 2000-ci ildə hazırlayıb. Artıq növbəti il Braziliya çempionatı və Joao Avelanj kubokunda bundan istifadə edilib. 2002-ci ildə isə biznesmen icadını patentləşdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08