Pakistanın yeni baş nazirinin adı məlum olub
Dünya
29 İyul 2017 17:11

Pakistanın yeni baş nazirinin adı məlum olub


Bakı. 29 iyul. REPORT.AZ/ Pakistanda korrupsiya qalmaqalına görə istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərif ölkənin baş naziri postuna namizəd irəli sürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, iyulun 29-da hakim Pakistan Müsəlman Liqasının 4 saatlıq qeyri-rəsmi görüşündə onun namizədliyi təsdiqlənib.
Baş nazir olmaq üçün Şahbaz Şərif Pəncab əyaləti parlamentinin Aşağı Palatasına deputatlıqdan, habelə səlahiyyətlərindən könüllü olaraq imtina etməlidir. Bundan sonra onun namizədliyi Milli Assambleyada səsverməyə çıxarılacaq. Bu qurumda Pakistan Müsəlman Liqasının üzvləri çoxluq təşkil etdiyindən Şahbaz Şərifin baş nazir olması ehtimal böyükdür.
Bu qaydaların yerinə yetirilməsi 45 gün davam edəcək. Bu vaxtadək Nəvaz Şərifin yaxın ətrafındakı şəxslərdən, deputat mandatı olan hökumət üzvlərindən biri müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.
Qeyd edək ki, iyulun 28-də Pakistan məhkəməsinin qərarı ilə baş nazir Nəvaz Şərif korrupsiyada ittiham edilərək vəzifəsindən kənarlaşdırılıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08