“Qarabağ”ın oyununda israilli hakimlər
İdman
29 İyul 2017 17:14

“Qarabağ”ın oyununda israilli hakimlər


Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın Moldova "Şerif"i ilə səfər oyununu israilli hakimlər briqadası idarə edəcək.
 
Avqustun 1-də baş tutacaq görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua MozesDan Uçeniç kömək edəcək.
 
Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq. UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.
 
Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu Tiraspolun "Şerif" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08