Turizm eksperti: “Azərbaycan güclü turizm ölkəsinə çevrilməkdədir”
İqtisadiyyat
29 İyul 2017 17:23

Turizm eksperti: “Azərbaycan güclü turizm ölkəsinə çevrilməkdədir”


Turizm Azərbaycanın qeyri-neft sektorunda sürətlə inkişaf edən sahələrdəndir. Gündən günə artan otellər, istirahət mərkəzləri, restoranlar bunun göstəricilərindəndir. Təbii ki, sürətli inkişafa təkan verən başlıca amil də bu sahəyə dövlətin birbaşa dəstəyidir. Artıq təkcə Bakıda yox, bölgələrdə də böyük turizm obyektlərinin olması xaricdən gələn qonaqların Azərbaycanda rahat şəkildə yerləşdirilməsinə imkan verir.

Azərbaycan Turizm Asossasiyasının üzvü, “Turizm.az” şirkətinin Daxili Turizm Departamentinin rəhbəri, turizm üzrə ekspert Sahib Ənsərov Publika.az-a açıqlamasında son illər Azərbaycan turizm sektorunun ən inkişafda olan sektorlardan biri olduğunu bildirib:

“Azərbaycanda son illər turizmin inkişafı göz qabağındadır. Təbii ki, bu işdə dövlətimizin başçısının və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi danılmazdır. Sırf nazirliyin maddi dəstəyi ilə biz mütəmadi olaraq bölgələrə info turlar təşkil edirik. Turizm şirkətlərinə regionlarda açılan yeni otelləri, restoranları tanıdırıq. Buna misal olaraq elə ötən günlərdə Qubada keçirdiyimiz info turu qeyd edə bilərəm. Getdikcə yerli əhali də artıq istirahətə böyük önəm verir. Hər ailə ildə ən azı bir dəfə ölkə daxilində olsa belə istirahətə gedir. Bu da sosial rifah göstəricinin inkişafda olduğundan xəbər verir.

Qeyd edim ki, bəzən turist axını o qədər çox olur ki, otellərdə yer tapmaqda çətinlik çəkirik. Azərbaycan getdikcə turizm ölkəsinə çevrilməkdədir. Ki, bu da birbaşa iqtisadiyyatımızın güclənməsinə xidmət edir”.

S.Ənsərov bölgələrdə açılan hava limanları və qurulan infrastuktur nəticəsində bölgə turizmində də böyük inkişaf yaşandığını vurğulayıb:

“Bakıdan başqa, bizim 6 bölgəmizdə artıq hava limanı fəaliyyət göstərir və artıq xaricdən gələn turistlər əvvəlcə Bakıya gəlməyə ehtiyac duymur. Məsələn, Qəbələdə istirahət etmək istəyən xaricdən birbaşa Qəbələyə uçur. Üstəlik bölgə hava limanlarında bilet qiymətləri kifayət qədər sərfəlidir. Artıq bölgələrdə böyük turizm kompleksləri var. Bu həm yay, həm qış turizminə aiddir”.

Amin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13