Onlar jurnalist olmaq istəyir: QABİLİYYƏT İMTAHANI NECƏ KEÇDİ?
Digər
29 İyul 2017 17:27

Onlar jurnalist olmaq istəyir: QABİLİYYƏT İMTAHANI NECƏ KEÇDİ?


"Dövlət İmtahan Mərkəzi hazırda jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı həyata keçirir. Bu imtahanlar bir azdan respublikanın bir çox şəhərlərində və paytaxtda baş tutacaq. Qeyd edim ki, 217 mövzu təqdim edilib, hazırda onlardan 3-ü seçildi. Abituriyentlər bu 3 mövzudan birini seçəcək və seçdiyi mövzu üzrə də (esse) inşa yazacaq".
 
Qabiliyyət imtahanında mövzular imtahanın  başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib. Seçilən mövzular  bunlardır:
 
Həqiqi jurnalist necə olmalıdır?
 
Bəzən deyirlər ki, dostdan borc  pul almaq dostluğa xələl gətirə bilər. Bu fikirlə bağlı  razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
 
Qarabağ - musiqi beşiyimiz.
 
Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
 
DİM-in sektor müdiri Xanlar Xanlarzadə qeyd edib ki,  2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq. Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 124 nəfərini oğlanlar, 287 nəfərini qızlar təşkil edir. 372 abituriyent Azərbaycan, 39 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13