"Biz Türkiyəni alanda S-400-lər problem yaradacaq..." - Arkadi Karapetyan
Dünya
29 İyul 2017 18:14

"Biz Türkiyəni alanda S-400-lər problem yaradacaq..." - Arkadi Karapetyan


İşğal altındakı Azərbaycan torpaqlarındakı qondarma və separatçı erməni rejimi "özünümüdafiə qoşunlarının 1-ci komandanı" adlanan Arkadi Karapetyan növbəti dəfə sərsəm açıqlamalarla çıxış edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, qondarma "1-ci komandan" "Lraqir" nəşrinə müsahibəsində Türkiyənin Rusiyadan S-400 raketləri alması və hətta yaxın illərdə bu ölkədə istehsal olunacağı məsələsindaən danışıb. Xəstə təxəyyülü separatçı komandir ermənilərin Türkiyəni də işğal etmək niyyətini açıq şəkildə ifadə edib: "S-400 müdafiə silahıdır. Onunla təyyarələri və digər uçan obyektləri vurmaq olur. Bu o deməkdir ki, gələcəkdə biz Türkiyəni alanda bizim üçün problem yaranacaq. Ancaq türklər o raketləri işlədə bilməyəcəklər. Çünki Türkiyə bu və ya digər formada dağılacaq..."  

Bununla bərabər sərsəm general 1918-1920-ci illərdə olduğu kimi, Rusiyanın Türkiyə ilə yaxınlaşmasının ermənilər üçün təhlükəli olduğunu, lakin dövrün dəyişdiyini və ermənilərin artıq iki ölkənin maraqlarına yem olmayacağını dilə gətirib.

Xatırladaq ki, bu ilin mayında erməni separatçı "ordusu"nun 1-cisi  Arkadı Karapetyan daha bir həyasız bəyanatla çıxış etmişdi:"Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin", - deyə separatçı bildirib.

P.S. Biz hər nə qədər ermənilərin Bakının, Türkiyənin işğalı haqda söylədiklərini xülya, sərsəmlik adlandırsaq da, "arxalı köpək qurd basar" deyimini unutmamalıyıq. Hələ XIX əsrin sonlarında,  Osmanlının sonuncu nüfuzlu hökmdarı Sultan Əbdülhəmidin zamanında erməni terrorçu qurumları türk torpaqlarında yenicə formalaşmağa başlayanda heç kəsin ağlına gəlməzdi ki, 1918-ci ildə ermənilər İrəvana, 1920-ci illərdə Göyçəyə, Zəngəzura və s. 1990-cı illərdə isə Qarabağa sahiblənəcəklər... 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13