Goranboyda sərxoş kişi yaşadığı evdə partlayış törədib
Ölkə
29 İyul 2017 18:36

Goranboyda sərxoş kişi yaşadığı evdə partlayış törədib


Goranboy. 29 iyul. REPORT.AZ/ Goranboy rayonunun Qarasüleymanlı kəndində 45 yaşlı kişi sərxoş halda evində partlayış törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1972-ci il təvəllüdlü kənd sakini Asif Əli oğlu Bayramov yaşadığı 2 otaqdan ibarət evdə mətbəxt üçün nəzərdə tutulmuş qaz balonunu alışdıraraq kənara atıb.
Nəticədə partlayış baş verib. Məlumata görə, o, ikinci balonu partlatmağa cəhd etsə də hadisə yerinə gələn qonşuların köməkliyi ilə bunun qarşısı alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və polis əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evə qismən ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alan A.Bayramov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
İnsident baş verən vaxt evdə ondan başqa heç kim olmayıb.
Kişinin bu addımı atmasının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08