Hər kəs TƏTİKDƏ: Koreya raket atdı, ABŞ ayağa qalxdı - Müharibə QAÇILMAZDIR - VİDEO
Dünya
29 İyul 2017 18:38

Hər kəs TƏTİKDƏ: Koreya raket atdı, ABŞ ayağa qalxdı - Müharibə QAÇILMAZDIR - VİDEO


Şimali Koreyanın ballistik raket sınaqları yenidən dünyanın gündəminə çevrilib.

Publika.az xəbər verir ki, bir müddət öncə ballistik raketləri sınaqdan keçirən Pxenyan rejimi dünən yeni sınağa imza atıb.


ABŞ Müdafiə Nazirliyi dünən sınaqdan keçirilən ballistik raketlərin qitələrarası olduğunu açıqlayıb və bunun böyük təhlükəsini vurğulayıb.

Şimali Koreya lideri Kim Çen İn də raket sınağı haqda açıqlama verib.

Kim Çen İn “Hwasong-14” tipli raketin sınağına görə sevindiyini, raketin 3,725 kilometr hündürlüyə qədər çatdığını və Yapon dənizinə düşmədən öncə 998 kilometr məsafə qət etdiyini vurğulayıb.

Şimali Koreya lideri raketlərin böyük və ağır nüvə başlıqları daşıya biləcək gücdə olduğunu və ABŞ-ı vura biləcəyini deyib. Qeyd edib ki, bu sınaqlar ABŞ-a ciddi xəbərdarlıqdır.

“ABŞ bir addım yaxınlığımızdadır”, - deyə o, Vaşinqtonu təhdid edib.

Mütəxəssislər də Şimali Koreyanın ABŞ-ın böyük bir hissəsini – Alyaska, Çikaqo, Denver kimi şəhərləri vura biləcək potensiala sahib olduğunu hesab edir.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08