Moldova Rusiyadan öz qoşunlarını Dnestryanı ərazidən çıxarmağı tələb etdi
Dünya
29 İyul 2017 18:44

Moldova Rusiyadan öz qoşunlarını Dnestryanı ərazidən çıxarmağı tələb etdi


Moldova hökuməti Dnestr regionunda sülhməramlı missiyanın 25 illiyi ilə əlaqədar bəyanatla çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,bəyanatda separatçıların nəzarətindəki ərazidə olan Rusiya Federasiyası sülhməramlı kontingentinin beynəlxalq təşkilatların mülki müşahidəçiləri ilə əvəzlənməsi tələbi əksini tapıb.    

"Bu günlər Moskvada Moldovanın və Rusiyanın o zamankı prezidentləri tərəfindən "Moldova Respublikasının Dnestryanı regionundakı silahlı münaqişənin sülh yolu ilə həlli prinsipləri haqqında Saziş"in imzalanmasının 25-ci ildönümü tamam olur. Bu aktın siyasi əhəmiyyətinə dair retrospektiv qiymətləndirmə mübahisəsizdir: razılaşma Dnestr sahillərində silahlı toqquşmalara və qan tökülməsinə son qoydu", - deyə açıqlamada bildirilir.
 
Bununla yanaşı, açıqlamada qeyd edilir ki, zaman keçdikcə Rusiya sülhməramlı missiyası münaqişənin konservləşdirilməsi vasitəsinə çevrilib. Bunu rusiyalı sülhməramlıların dəfələrlə separatçıların hərbi qüvvələri ilə keçirdiyi birgə hərbi təlimlər də göstərir. Moldova hökuməti Rusiyaya ATƏT-in 1999-cu ilk İstanbul sammitinin qərarını xatırladıb. Həmin qərarda Rusiya öz qoşunlarını Moldovadan çıxarmaq barədə öhdəlik götürüb.   

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08