Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır
Ölkə
29 İyul 2017 19:24

Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır


Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bunu təsdiqləyib. Alimlər 12 ildə 2 minə yaxın uşağın timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur.
 
Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi Qopinat deyib ki, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz. B.Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinə tərəfdardır.
 
Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağ ciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirmişdir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08