"Bakıda özümüzü evimizdəki kimi hiss edirik" - Potap
Şou-Biznes
29 İyul 2017 19:24

"Bakıda özümüzü evimizdəki kimi hiss edirik" - Potap


Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik.

Ümidvarıq ki, festival gələn il də keçiriləcək və biz qonaqpərvər Bakı sakinləri ilə yenidən görüşəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri "Jara" festivalının iştirakçıları, tanınmış ifaçılar Potap və Nastya deyiblər.

Bakı tamaşaçılarında yüksək musiqi duyumu olduğunu vurğulayan müğənnilər Azərbaycan folkloru və mətbəxi ilə bağlı təəssüratlarını da bölüşüblər: "Sizin sevgi haqqında mahnılarınızı uşaq vaxtlarımızdan əzbərləmişik. Azərbaycanda çoxlu dostlarımız var. Məşhur "Bakılı oğlanlar"ın "KVN"dəki çıxışlarını hələ də unutmamışıq. İnsanlarınız çox mehriban və istiqanlıdır. Bizi tez-tez qonaqlıqlara dəvət edirlər. Yeməkləriniz olduqca dadlıdır".

"Jara" xalqları, insanları dostluğa səsləyən festivaldır. Bizim də arzumuz odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın", - deyə Potap və Nastya bildiriblər .

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08