İşdən çıxarılan nazirimiz kimdir?
Ölkə
29 İyul 2017 19:24

İşdən çıxarılan nazirimiz kimdir?


Xəbər verdiyimiz kimi, dünən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib. Bu barədə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Əhməd Hüseyn oğlu Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Dörd övladı var.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08