Fitrə zəkatını verməyin fəlsəfəsi nədir?
Ölkə
29 İyul 2017 19:54

Fitrə zəkatını verməyin fəlsəfəsi nədir?


İmam Sadiq (ə) buyurur: "Fitrə zəkatı - orucun tamamlanmasına və təkmil olmasına səbəb olar. Necə ki, Peyğəmbərə (s) salavat göndərmək - namazın tamam olmasına səbəb olar. Ona görə də hər kim oruc tutar və bilərəkdən fitrə zəkatını verməzsə, sanki oruc tutmamışdır. Eləcə də hər kim namazda Muhəmmədə (s) salavat göndərməzsə, onun üçün namaz yazılmaz".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əliyə (ə) sual verirlər ki, saleh söz və saleh əməl nədir?
İmam (ə) buyurur: "Saleh söz - "Lə ilahə illəllah" şəhadətidir. Saleh əməl - fitrə zəkatını ödəməkdir".
İmam Sadiqdən (ə) nəql edilir ki, səhabələrindən birinə xitab edərək, buyurur: "Get və bizim əyalımıza (ailəmizə) görə fitrə zəkatını ödə və onlardan heç birini unutma. Çünki əgər onlardan kimisə unutsan, onun üçün ölümdən qorxuram". (Tebyan)
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Fitrə zəkatı hər bir müsəlmana vacibdir, əgər kimsə onu öldəməzsə, onun üçün ölüm qorxusu olar".
Fitrə zəkatı insan ruhunu pisliklərdən təmizləyər və pakizə edər. Allah Təala buyurur: "Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi". ("Əla" 14).
"(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san". ("Tövbə" 103).
Beləliklə deyə bilərik ki, fitrə zəkatı verməyin fəlsəfəsi budur ki, oruc tamamlansın və kamil olsun. Əgər kimsə oruc tutarsa və fitrə zəkatını verməzsə, orucu tutmamış kimi olar, çünki tamamlanmaz. Bundan başqa, fitrə zəkatı ruhu təmizləyər və pak edər, ölüm qorxusunu insandan uzaqlaşdırar.
 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22