Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO
Ölkə
29 İyul 2017 20:44

Qəbələdə IX Beynəlxalq Musiqi Festivalı başlayıb - FOTO


Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ rayonu yenidən musiqisevərləri ətrafına toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  proqrama uyğun olaraq iyulun 29-da Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə konsert olub. "Gənclərə dəstək" adlı bu konsertdə səhnə gənc musiqiçilərin ixtiyarına verilib. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri Züleyxa Usubova (piano), Şeyda Ələsgərova (fleyta), Cəmilə Əsgərzadə (violin), Aytən İbrahimova (violin), Nərmin Rzayeva (piano), Mahir Tağızadə (bariton), İlahə Sadıqzadə (piano) çıxış edib.

Xalq Artisti Şükür Səmədovun təşəbbüsü ilə 2016-cı ildə yaradılan "Clarte" klarnet kvartetinin gənc üzvləri Anar Məmmədov, Məmməd Rəcəbli, Emil Bağırov və Şərif Bağırovun çıxışı da maraqla qarşılanıb. Musiqiçilər Avropa və Azərbaycan bəstəkarlarından A.Vyetanın "Rondino", F.Əmirovun "Məhəbbət rəqsi", K.Sen-Sansın "Rondo kapriççiozo", İ.Dobrineskunun "The Lark", İ.Ştrausun "Perpetuum mobile", C.Robenin "Klezmen rəqsi", A.Bazzininin "Cırtdanların yallısı", F.Listin "Macar rapsodiyası", S.Nəzərovun "5 Pyes", Q.Qarayevin və C.Hacıyevin "Vətən operasından Mərdanın ariyası", V.A.Motsartın "Fiqaronun toyu" operasından Fiqaronun ariyasını səsləndiriblər. Konsert proqramı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 3-dək davam edəcək beynəlxalq musiqi festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, "Femusa" kamera orkestri, "Clarte" klarnet kvarteti, "Furioso" kvartetinin konsertləri olacaq.

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08