Ərzaq məhsulları alarkən diqqətli olun! - XƏBƏRDARLIQ - VİDEO
İqtisadiyyat
29 İyul 2017 21:04

Ərzaq məhsulları alarkən diqqətli olun! - XƏBƏRDARLIQ - VİDEO


Məlumatsızlıq sonda faciə ilə nəticələnə bilər. Buna görə də ərzaq məhsulları alarkən diqqətli olun! Xüsusilə də isti yay günlərində.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, elə bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Qurumun şöbə müdiri Şahin Nağıyev deyir ki, qanunvericiliyə görə, məhsul markalanarkən onun istehsalçısı, istehsalçının ünvanı, son istifadə tarixi, həmçinin, məhsulun tərkibi, saxlanma şəraiti və temperaturu barədə məlumatlar verilməlidir. Ərzaq məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olur.
Qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinmək tövsiyə olunur. Bəs belə halla qarşılaşdıqda vətəndaşlar nə etməlidirlər?
Vətəndaşlar 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "Facebook" səhifəsi vasitəsilə, eləcə də Nazirliyin, 498-15-01 və ya 498-15-04 nömrəli telefonları ilə əlaqədə saxlaya bilərlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22