Lal və kar olmaları peşələrinə mane ola bilməyib - VİDEO
Ölkə
29 İyul 2017 21:04

Lal və kar olmaları peşələrinə mane ola bilməyib - VİDEO


Biri dərzi, digəri isə saç ustası işləyir... Qardaşların ikisi də həm lal, həm də kardır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Göyçay şəhəri, Həbibi küçəsində yaşayan Alı və Zahid Həsənov qardaşlarından gedir. Dərzi işləyən 49 yaşlı Alı Həsənov 30 ildir ki, bu sənətin sahibidir. Yaxınlarının sozlərinə görə, onların bu sahəyə maraq və istəkləri olduğu üçün çalışdıqları peşənin sirlərinə yiyələnə biliblər.
Dərzi Alı Həsənov əsasən sifarış qəbul edərək istənilən tərzdə paltar tikə bilir. Elə bunun üçün də Alı ustanın kifayət qədər müştərisi var. Müştərilərin sözlərinə görə, Alı Həsənovun dil qüsuru və eşitməməsi onun işləməsinə mane olmur. O, bəzən yazaraq müştəriləri ilə ünsiyət qurur.
Onun bərbər qardaşı, 41 yaşlı Zahid Həsənov da peşəkarlığı ilə digər saç ustalarından geri qalmır. Onun yanına gələn müştərilərin sayı kifayət qədərdir. Zahid müstərilərin zövqünü bilmək üçün kataloqdan istifadə edir.
Elə işlərinin peşəkarları olduqları üçündür ki, danışma və eşitmə qüsurları onların ünsiyyətinə və cəmiyyətə inteqrasiyalarına mane olmur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08