Tramp Şimali Koreya liderinə cavab verdi:
Dünya
29 İyul 2017 21:52

Tramp Şimali Koreya liderinə cavab verdi:


ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının qitələrarası ballistik raketin sınaqdan keçirməsi ilə bağlı bəyanat verib.

Metbuat.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raketin sınaqdan keçirilməsi-bir aydan da az müddət ərzində ikinci belə test bu rejimin daha bir düşüncəsiz və təhlükəli addımıdır. Birləşmiş Ştatlar bu raket sınağını pisləyir, bu cür sınaqların və həmin silahların guya Şimali Koreyanın təhlükəsizliyini təmin etməsi barədə həmin rejimin müddəalarını rədd edir”.

Prezident qeyd edib ki, əslində, belə sınaqların əks təsiri var. Belə sınaqlar və silahlar dünyanı təhdid edir, Şimali Koreyanı daha da təcrid edərək, iqtisadiyyatını zəiflətməyə davam edir.

Prezident Donald Tramp vurğulayıb:

“Birləşmiş Ştatlar Amerikanın təhlükəsizliyini təmin etmək və regiondakı müttəfiqlərimizi müdafiə etmək üçün bütün gərəkli addımları atacaq”.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13