Avropa İttifaqı Polşa əleyhinə sanksiya prosedurunu işə salıb
Dünya
29 İyul 2017 22:42

Avropa İttifaqı Polşa əleyhinə sanksiya prosedurunu işə salıb


Avropa Ittifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salıb.

Metbuat.az-ın məlumatına görə, Brüsselin fikrincə, islahatlar ölkədə məhkəmə sisteminin müstəqilliyinə zərər vurur. Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması üzrə prosedur barədə rəsmi xəbərdarlıq göndərib.

Bir qədər əvvəl Aİ-nin icra kollegiyası keçirdiyi iclasda Polşada məhkəmə islahatları ilə bağlı vəziyyəti müzakirə edib. İclasda vəziyyətin əvvəlki kimi qənaətbəxş olmadığı qərarına gəlinib və bununla yanaşı, Prezident Anjey Dudanın ən təzadlı iki qanun layihəsinə veto qoyduğu qeyd edilib.

Lakin Duda Brüsselin tənqid etdiyi digər iki layihəni, o cümlədən ordinar yurisdiksiya məhkəmələrinin fəaliyyəti barədə qanun layihəsini imzalayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08