Mingəçevirdə AİLƏ MÜNAQİŞƏSİ: Ana və oğul gəlini amansızcasına döydü
Ölkə
29 İyul 2017 22:48

Mingəçevirdə AİLƏ MÜNAQİŞƏSİ: Ana və oğul gəlini amansızcasına döydü


Mingəçevirdə ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə ailənin yaşadığı Heydər Əliyev prospekti, 66/25, mənzil, 6-da qeydə alınıb.

1985-ci il təvəllüdlü gəlin Abdurəhmanova Tünzalə Sehman qızı ailə münaqişəsi zəminində doğmaları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının bədəninin əksər nahiyələrində gematoma qeydə alınıb. Ona ilkin tibbi yardım göstərilib.

Əldə edilən ilkin məlumata görə, gəlin həyat yoldaşı və qayınanası tərəfindən təhqir olunaraq amansızcasına döyülüb. Münaqişənin əsl səbəbi isə hələ ki, məlum deyil.

Hadisə ilə bağlı şəhər Polis şöbəsində araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08