Gün ərzində nə qədər şəkər qəbul etməli?
Ölkə
29 İyul 2017 22:54

Gün ərzində nə qədər şəkər qəbul etməli?


Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində müxtəlif miqdarda şəkər vardır. İçdiyimiz sərinləşdirici içkilər, yediyimiz meyvələr, mağazalardan aldığımız dadlı qida məhsullarının tərkibində az və ya çox miqdarda şəkər vardır.
İnsanlar fərqinə varmadan gün ərzində şəkəri bir çox qidalarla birlikdə qəbul edirlər. Onların ağlına belə gəlmir ki, normadan artıq şəkər qəbul etmək orqanizmdə bəzi xəstəliklərin əmələ gəməsinə səbəb olur. Bu xəstəliklərin içərisində aşağıda adları çəkilənlər də vardır:
- ürək xəstəlikləri
- damar xəstəlikləri
- artıq çəki.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, Amerika alimlərinin apardığı araşdırmalar kişilər üçün gündəlik şəkər qəbulunun 35 qram(150 kkal), qadınlar üçün isə 20 qram (100 kkal) olduğunu qeyd etmişdir. Şəkər dedikdə mütəxəssislər yalnız istifadə edilən şəkər tozunu və qəndi nəzərdə tutmamışlar. Onların qeyd etdiyi miqdar gün ərzində yediyimiz meyvə, müxtəlif şirələr, şirniyyatlar, konfetlərin tərkibində olan şəkərin miqdarına da aiddir.
Mütəxəssislər uzun müddət qəbul edilən şəkər tozunun orqanizmə zərərli olduğunu sübut ediblər. Şəkərin normadan artıq qəbulu ilk növbədə özünü qaraciyərdə göstərir. Şəkər ilk növbədə qaraciyərin piy distrofiyasına səbəb olur. Qanda uzun müddət yüksək səviyyədə olan şəkər, şəkərli diabet xəstəliyinin yaranmasına şərait yaradır. Qanda insulinin artmasına səbəb olan şəkər, damarların yumuşaq toxuma hüceyrələrinin böyüməsinə səbəb olur. Bu vəziyyət uzun müddət davam etdikdə isə damar keçiriciliyi pozulur və yüksək təzyiq meydana gəlir.
9000 könüllü adam arasında 6 il aparılan araşdırmalar şəkər qəbul edənlərdə depressiya xəstəliyinin, şəkər qəbul etməyənlərə nisbətdə 40% artıq olduğunu meydana çıxarmışdır.
Mütəxəssisilər gündəlik şəkər qəbulu dedikdə bir dilim çörəyin tərkibində olan 2-3 qram, smitin tərkibində olan 3-4 qram pendirli hamburqerin tərkibində olan 7 qram şəkərin belə nəzərə alınmasını tövsiyə edirlər. Onlar hətta şirin kofe və ya şirin çayın şəkərsiz qəbul edilməyini məsləhət bilir və orqanizmin şəkərə olan tələbatının meyvələrlə ödənməsini məsləhət bilirlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08