Tər iyindən təbii vasitələrlə qurtarmağın yolları
Ölkə
30 İyul 2017 0:04

Tər iyindən təbii vasitələrlə qurtarmağın yolları


Güclü və kəskin tər iyi hamını narahat edən bir şeydir. İnsanlar tər iyindən azad olmaq üçün illərlə pul xərcləyib müxtəlif kosmetik vasitələrdən istifadə edir. Amma bir çox təbii vasitələr var ki, az miqdar pul xəcləyib ev şəraitində təbii vasitələrlə xilas olmaq mümkündür.Təbii vasitələrlə tər qoxusundan azad olmaqla siz həm pulunuza qənaət etmiş olarsınız, həm də kimyəvi spreylərin zərərlərindən qorunmuş olarsınız.
Təbii sirkə
Milli.Az immunitet.az-a istinadən bildirir ki, təbii sirkə pambıq tampona batırılır və qoltuqaltı nahiyyəyə və ayaq barmaqlarının arasına sürtülür. Sirkəni bir sprey şüşəsinə də töküb istifadə etmək olar. Amma gərək sirkəni istifadə etdikdən sonra 15-20 dəqiqə gözləyəsiniz ki, bu müddət ərzində sirkənin təbii iyi keçib getsin. Sərt iyi olduğu üçün sirkənin iyi həm sizi, həm də ətrafdakıları narahat etməsin.
Limon suyu.
Təzə sıxılmış limon suyunu pambıq tampon vasitəsilə iy verən nahiyyələrə sürtdükdə pis qoxu aradan qalxır. Ancaq limon suyu sürtdüyünüz zaman diqqətli olmalısınız. Çünki limonun tərkibində olan turşu dərinizdə yanğı hissinin olmasına səbəb ola bilər.
Çay ağacı yağı.
Çay ağacı yağı antiseptik təsirə malikdir. Bu səbəblə o dəridəki mikrobları öldürür və iylənməni azaldır. Bu yağın uzun müddət istifadəsi isə qoltuqaltı nahiyyədən gələn pis qoxunu aradan qaldırır.
Yasəmən yağı.
Təbii və həqiqi yasəmən yağının bir müddət istifadəsi, iylənən nahiyyələrə antibakterial təsir göstərməklə orada əmələ gələn bakteriyaların kökünü kəsir və pis qoxunun əmələ gəlmısinin qarşısını alır.
Adaçayı yağı.
Adaçayı yağı tər vəzilərinin fəaliyyətinin zəiflədir və antibakterial təsiri vasitəsilə pis qoxunun əmələ gəlməsinin qarşısını alır.
Tər iyini azaltmaq istəyirsinizsə, bəzi qaydalara əməl etməlisiniz:
* hər gün duş qəbul etmək
* duşdan sonra qoltuqaltı nahiyyəyə uşaq pudrası çəkmək
* hər gün alt paltarlarını dəyişmək
* pambıq paltar geymək
* kəskin iyli qidalar yeməmək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13