Leyla Əliyeva: Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun
Ölkə
30 İyul 2017 1:22

Leyla Əliyeva: Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun


"Jara" Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən keçid mərasiminin aparıcıları musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.

Metbuat.az-ın məlumatına görə, Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının hamının burada özünü evindəki kimi hiss etməsinin səbəbi barədə sualını cavablandıraraq deyib:

Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, möhkəm cansağlığı, sevgi və məhəbbət arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. 

EMİN: Bu gün çox möhtəşəm gecə olacaq 

Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan "Jara"ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: "Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım". Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illər boyu sevilə-sevilə dinlənildiyini vurğulayıb. 

Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib. 

Qırmızı xalı üzərindən son olaraq EMİN keçib: O, "Jara"da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08