Məşhur “Forbes” Azərbaycandan yazdı - “Şərqlə Qərbin qovuşduğu məkan..."
Ölkə
30 İyul 2017 3:53

Məşhur “Forbes” Azərbaycandan yazdı - “Şərqlə Qərbin qovuşduğu məkan..."


“Şərqlə Qərbin qovuşduğu bir məkan - Azərbaycan. Əsrarəngiz təbiəti, mötəbər tədbirlərin ünvanı - Bakı”.

Publika.az xəbər verir ki, bu sözlər ABŞ-ın nüfuzlu iqtisadi nəşri olan “Forbes”də dərc olunan məqalədə yer alıb.

Məqalənin müəllif Stefan Rabimov Şərqin qapısı sayılan Bakının gözəlliyindən bəhs edir. O qeyd edir ki, qədimliyi ilə müasirliyin vəhdətindən doğan Bakı mötəbər tədbirlərə - “Eurovision 2012” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edib. Bu il isə Bakı İslam Həmrəyliyi Oyunlarında Yaxın Şərq, Asiya və Afrika regionlarından 56 ölkənin idmançılarını böyük qonaqpərvərliklə qarşılayıb.

“Azərbaycan belə tədbirlərin dinamikasını qorumaq niyyətindədir”, - yazan müəllif vurğulayır ki, bu kimi mötəbər layihələr ölkəyə milyonlarla turistin gəlməsinə də zəmin yaradır. Formula-1 milyardlarla dollara malik assosiasiyadır. İndi Bakı ilə Formula-1 möhtəşəm cütlüyə çevrilib.

Azərbaycanda turizmin inkişafına da nəzər yetirən müəllif 12 iqlim qurşağından 9-nun bu ərazinin payına düşdüyünü vurğulayır. Yazıda ölkəmizin təbiətinin, zəngin mədəniyyətinin, eləcə də ləziz mətbəxinin əcnəbilərin böyük marağına səbəb olduğu qeyd edilir. Azərbaycanı Qafqazın xəzinəsi adlandıran Stefan Rabimov oxucularını ölkəmizə səfər etməyə çağırır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08